Dünya

Tibb üzrə Nobel mükafatının qalibi açıqlandı

3 oktyabr, 2022
717

Yale University

Təkamül genetikası üzrə mütəxəssis, isveçli bioloq Svante Paabo 2022-ci ildə Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatına layiq görülüb. 

Bu barədə oktyabrın 3-də Nobel Komitəsi "Tvitter"də məlumat yayıb.

Təşkilatçılar press-relizdə bildiriblər ki, mükafat “nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərə görə” verilib.

Komitədən bildirilib ki, isveçli alim ilk dəfə neandertal genomunu qismən deşifrə edib və müasir insanların əcdadlarından birinin - Denisov insanının kəşfinə imza atıb. Qədim insanların DNT-sini müasirləri ilə müqayisə etmək olar, bu da növlərin təkamülü və onun planetdə yayılması haqqında çox şey öyrənməyə imkan verir.

Bundan əlavə, alim qədim DNT-nin ayırd edilməsi, təmizlənməsi və təhlili üsullarını işləyib hazırlayıb. Hesabatda qeyd edilir ki, Paabonun işi elmdə yeni istiqamət olan paleogenomikanın əsasını qoyub.

Mütəxəssislər genomun deşifrə edilməsi üzərindəki işin insanlığı daha yaxşı başa düşməyə kömək etdiyini bildirirlər. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ Konqresinə seçkilərdə Demokratlar qələbə qazanıb 

4 noyabr 2026

FOX

ABŞ Konqresinə seçkilərdə müxalifətdə olan Demokratlar Partiyası qələbə qazanıb.  Səslərin sayıldığı ştatların nəticələrinə əsasən, Demokratlar Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında üstünlüyü prezident Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının əlindən alıblar.  "NBC News"un analizinə görə, Demokratlar Nümayəndələr Palatasında 255 yerə sahib ola bilər. Bu isə onların son 20 ildə palatadakı ən böyük çoxluğu deməkdir.  Senat seçkilərində Demokratlar uzun illərdir qalib gəlmədikləri ştatlarda qələbə qazanıblar. Kanzas ştatında 1932, Teksas və Cənubi Karolinada 1988-ci ildən bəri Demokrat qanunverici seçilməyib.  Şərhçilər düşünür ki, Trampın bu ilin əvvəlində İrana qarşı müharibəyə başlaması, nəticədə isə dünyada enerji qiymətlərinin və ABŞ-də yaşayış xərclərinin...
Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...

Seçilmiş Videolar

Toplum TV loqo