Human Rights Watch
Hərbi xunta əleyhinə etirazlarda azı 38 nəfər öldürülüb.
Bu barədə martın 3-də BBC məlumat verib.
Məlumata görə, 3 mart tarixi ölkədə hərbi çevrilişdən bu yana "ən qanlı gün" kimi yadda qalıb. Sosial şəbəkələrdə yayılan videolar və şahid ifadələri polisin ölkənin müxtəlif şəhərlərində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin və həqiqi güllələrdən istifadə etdiyini göstərir. Martın 3-də ölənlər arasında uşaqların da olduğu qeyd edilib.
Bildirilib ki, son bir ayda aksiyalarda həlak olanların ümumi sayı 50 nəfəri keçib. Təhlükəsizlik qüvvələrinin bir neçə şəhərdə, demək olar ki, xəbərdarlıq etmədən etirazçılara döyüş güllələri ilə atəş açdığı, 6 jurnalist daxil olmaqla yüzlərlə adamı saxladığı deyilir.
Böyük Britaniya martın 3-də BMT-nin Təhlükəsizlik Şurasında Myanma məsələsini müzakirə etməyə dair çağırış edib. ABŞ isə hərbi xuntaya qarşı əlavə sanksyaların tətbiqinin gözdən keçirildiyini bəyan edib.
Myanmada fevralın 1-də hərbçilər hökuməti devirərək hakimiyyətə gəliblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb