AP
Myanmada etiraz aksiyalarının iştirakçıları və güc strukturlarının əməkdaşları arasında baş verən toqquşmalarda fevralın 1-dən indiyə qədər 459 nəfər həlak olub.
Bu barədə martın 29-da Myanmadakı siyasi məhbuslara yardım assosiasiyası özünün "Tvitter" hesabında məlumat verib.
Bildirilir ki, sözügedən müddət ərzində 2559 vətəndaş saxlanılıb, onlardan 119-nun həbsinə order verilib.
"The Irrawaddy" nəşri daha əvvəl xəbər vermişdi ki, şənbə günü Myanmanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 102 nəfər həlak olub. Etirazların davam etdiyi dövr ərzində ölənlərin ümumi sayı 429-a çatıb.
Myanma hərbçiləri fevralın 1-də ölkə rəhbərliyinin devrildiyini və fövqəladə vəziyyətin tətbiq olunduğunu elan ediblər. Ordu nümayənələri bunu 2020-ci ilin noyabrında keçirilən seçkilərdə kütləvi saxtakarlıqların baş verməsi ilə əlaqələndiriblər. Hərbçilərdən ibarət yeni Nazirlər Kabineti yaradılıb. Həmin tarixdən etibarən ölkəni təhlükəsizlik qüvvələri tərəfindən amansızlıqla yatırılan etiraz aksiyaları bürüyüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb