BBC
Myanmada hərbi rejimə qarşı kütləvi etiraz aksiyalarında ən azı 67 nəfər ölüb.
"Röyters"in martın 11-də verdiyi xəbərə görə, bunu BMT rəhbərinin mətbuat katibi Stefan Dyucarrik deyib.
“Fevralın 1-dən martın 8-dək Myanmadakı etirazlar aksiyaları zamanı ən az 67 nəfərin öldüyü təsdiq olunub. Onların arasında qadınlar və uşaqlar da var. Mitinqlərdə iştirak edən yüzlərlə insan isə yaralanıb”, - Stefan Dyucarrik bildirib.
BMT Təhlükəsizlik Şurası Myanmadakı mövcud hərbi hakimiyyəti dinc nümayişçilərə qarşı zorakılıqdan imtina etməyə, əsassız həbs olunanları azad etməyə, həmçinin hakimiyyətin mülki hökumətə ötürülməsi ilə bağlı konstruktiv dialoqa başlamağa çağırıb.
ABŞ rəhbərliyi isə hərbi rejimə qarşı sanksiyalar siyahısını genişləndirmək qərarına gəlib. Bildirilir ki, yeni məhdudiyyətlər Myanma Silahlı Qüvvələrinin baş komandanı Min Aun Hlaynın iki övladına və onların rəhbərlik etdikləri iddia olunan altı şirkətə qarşı tətbiq edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb