AP
Myanmada polis və ordu hərbi çevrilişə qarşı etiraz aksiyası keçirən kütləyə atəş açıb. Nəticədə 38 nəfər ölüb.
Bu barədə martın 15-də "Röyters" agentliyi məlumat verib.
Məlumata görə, hadisə ölkənin Maqvey bölgəsində qeydə alınıb.
2021-ci il fevralın 1-də Myanmada hərbçilər dövlət çevrilişi edib. Çevriliş nəticəsində ölkə prezidenti Vin Min, Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji, həmçinin hökumətin bir sıra üzvləri həbs edilib.
BMT Təhlükəsizlik Şurası Myanmadakı mövcud hərbi hakimiyyəti dinc nümayişçilərə qarşı zorakılıqdan imtina etməyə, əsassız həbs olunanları azad etməyə, həmçinin hakimiyyətin mülki hökumətə ötürülməsi ilə bağlı konstruktiv dialoqa başlamağa çağırıb.
ABŞ rəhbərliyi isə hərbi rejimə qarşı sanksiyalar tətbiq edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb