Dünya

Myanmada həmkarlar ittifaqları hərbi rejimə qarşı çıxıb

9 mart, 2021
972

AFP

Bazar ertəsi Myanmada bir çox fabrik həmkarlar ittifaqlarının çağırışı ilə fevralın 1-də dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn hərbi rejimə etiraz olaraq fəaliyyətini dayandırıb.  

"Radio Svoboda"nın martın 9-da verdiyi xəbərə görə,  tətil çağırışını ölkədəki doqquz ən böyük həmkarlar ittifaqı edib. 

İttifaqların birgə bəyanatında bildirilib ki, davamlı iqtisadi fəaliyyət hərbi rejim üçün faydalıdır, ona görə də "tam və uzunmüddətli iqtisadi tətilə" başlamaq zəruridir. Hərbi rejimin komandanları isə tətili dəstəkləyənlərin işdən qovulacağını bəyan edib.
 
Qərb mediası yazır ki, Myanmada bəzi ticarət mərkəzləri və mağazalar, poçt və bank şöbələri, tekstil fabrikləri faəliyyətlərini dayandırıb. Yanqon şəhərində kəndlilər və kənd təsərrüfatı sektorunda çalışan işçilər mitinqlər keçiriblər. 

AFP xəbər agentliyini isə polislə toqquşmalarda ölənlərin olduğunu bildirib. 

Martın 4-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçele etirazlarının başladığı gündən bu yana Myanmada ən azı 54 nümayişçinin öldüyünü söyləyib. BMT-yə görə, repressiya zamanı ən az 1700 nəfər həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”

5 noyabr 2026

sosial media

Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq. “Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib. Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. “Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb. Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını...
Dünya

Vens: “Seçkini İranla müharibəyə görə uduzduq”

5 noyabr 2026

sosial media

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərində ağır məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib. Vens bu barədə öz “X” hesabında paylaşım edib. O bildirib ki, keçirdiyi sorğuların nəticələrinə əsasən, problem Respublikaçı seçicilərin səsverməyə getməməsi deyil, 2024-cü ildə prezident Donald Trampa və ona səs verənlərin bir qisminin bu dəfə Demokratlara dəstək verməsidir. Vensin sözlərinə görə, seçicilərin narazılığına İranla müharibə, yaşayış xərclərinin və inflyasiyanın artması, eləcə də ABŞ-nin İsraillə münasibətləri səbəb olub. Vitse-prezident qeyd edib ki, müharibənin Respublikaçılar üçün siyasi nəticələri ağır olub və bu qərarın ölkəyə hansı bahasına başa gəldiyi barədə açıq danışmaq lazımdır. O, Respublikaçıları baş verənlərdən...

Seçilmiş Videolar

Toplum TV loqo