Dünya

Türkiyə İsrailə görə Azərbaycanla münasibətləri korlayarmı? 

20 May, 2021
2845

Açıq mənbələrdən götürülüb

"Ərdoğan praqmatik siyasətçidir və Azərbaycana yerinə yetirilməsi çətin olan tələb irəli sürməz". 

Bunu siyasi şərhçi Elxan Şahinoğlu özünün "Feysbuk" hesabında yazıb. 

Sözügedən yazını təqdim edirik:

"Qəzzanın bombalanmasına və mülki əhali arasında artan itkilərə görə Türkiyə İsraili sərt tənqidini davam etdirir. Türkiyədəki siyasətçilər və cəmiyyət Yaxın Şərqdə baş verənlərə həssas yanaşırlar. Bu təbiidir. Türkiyə keçmişdə imperiya olub və toqquşmaların baş verdiyi ərazilər Osmanlıya aid olub. Ancaq hesab edirəm ki, İsrail ordusu hərbi əməliyyatı və bombardmanları dayandırdıqdan sonra ortam nisbətən sakitləşəcək. Çünki Türkiyədə onu da anlayırlar ki, İsrailə raket atanlar və həmin raketləri gizli yollarla Qəzza bölgəsinə gətirənlər də az aşın duzu deyillər. Fələstinin nümayəndəsi Türkiyə Cumhurbaşqanına “dəstəyə görə çox sağ olun, ancaq bizi Qarabağla eyniləşdirməyin, ermənilərlə dostuq” deyirsə düşünməyə dəyər.  

Türkiyə parlamentində təmsil olunan “İyi Parti`nin lideri Meral Akşener qrup toplantısındakı çıxışında Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı tənqid edərək dedi ki, “İsraili sərt tənqid etdiyiniz və bu ölkəni qatil adlandırdığın halda iqtisadi və ticarət əlaqələri ilbəil artır”. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu məsələyə bir daha münasibət bildirib: “Hər pis münasibətdə olduğunuz ölkə ilə iqtisadi əlaqələri kəsmək normal mövqedir? Məntiqlidir? Siz ticarəti dövlətlər arasında aparılan alış-veriş olaraq görürsünüz? Biz Misirlə, Birləşmiş Ərəb Əmirlikləri ilə də problemlər yaşadıq, amma heç biri ilə ticari əlaqələri azaltmadıq. Mən niyə bir şirkəti, yüzminlərlə işçimi hər hansı ölkə ilə əlaqəm pozuldu deyə cəzalandırım?! Bu, məntiqlidir?!”

Çavuşoğlu haqlıdır. Azərbaycanın özü də İsrailə nefti Türkiyənin Ceyhan limanı üzərindən satır. İsrail neftə olan tələbatının təxminən 40 faizini Azərbaycan nefti hesabına təmin edir. Əlbəttə, Qəzzada mülki insanların öldürülməsini Qərb ölkələri kimi dəstəkləmirik, BMT qətnamlərinin yerinə yetirilməsinin tərəfdarıyıq, ancaq 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, bizə modern dronlar satan, müharibədən sonra isə ölkəmizə həkimlərini göndərən ölkəyə qarşı necə bəyanat yaya bilərik? Bunu bizdən heç Ankara da tələb etmir. Çünki bəzən belə fikirlər yayılır ki, Ankara bizdən İsraillə münasibətləri gözdən keçirməyi, Tel-Əvivi sərt tənqid etməyi tələb edəcək. Ərdoğan praqmatik siyatəçidir və Azərbaycana yerinə yetirilməsi çətin olan tələb irəli sürməz. Ərdoğan praqmatik siyasətçidir ki, İsraili sərt tənqid etməsinə baxmayaraq, bu ölkə ilə iqtisadi və ticarət əlaqələrini kəsmir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo