İqtisadiyyat

Neftin qiyməti 71 dolları keçdi, bahalaşma davam edəcəkmi? - Ekspert açıqlayır

3 İyun, 2021
2984

Sosial Media

Azərbaycan neftinin qiyməti bahalaşıb.

İyunun 3-də dünya bazarlarında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,71 dollar artaraq 71,28 dollar təşkil edib.

“Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar olmuşdu. Neft qiymətlərinin yenidən artmasına səbəb nədir və bahalaşma tendensiyasının davamlı olacağını ehtimal etmək olarmı?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Toplum TV"-yə açıqlamasında neft qiymətlərindəki artımın səbəblərini açıqlayıb: “İlk səbəb odur ki, OPEC şərtlərini əvvəlki kimi saxladı, yəni iyunun 1-dən OPEC-də hasilatın artım səviyyəsi mayda olduğu kimi 350 min barel olaraq qaldı. Eyni zamanda bir çox ölkələrdə COVID-19 ilə bağlı yumşalmalar oldu. Bu da gediş-gəlişi, ölkələr arasındakı əlaqələri intensivləşdirdi. Həmçinin aprel-may aylarında Hindistan kimi enerji istehlakçısı olan ölkədə yaşanan hallar da artıq səngiməyə doğru getdi. Bütün bunlar neftin qiymətinin artmasına səbəb oldu". 

"Digər tərəfdən OPEC ilin ortasından başlayaraq tələbatın 2 milyon barel artacağını açıqlayıb. Təbii ki, bütün bu hallar əvvəlki dövrlə müqayisədə bazar iştirakçıları üçün perspektivlər yaradır”, - İlham Şaban belə deyir. 

Onun sözlərinə görə, yaxın bir həftədə neftin qiymətinin hansı istiqamətdə dəyişəcəyi daha aydın ortaya çıxacaq: “Hər ayın 10-11-i OPEC-in ötən ayla bağlı hesabatı açıqlanır və bazar iştirakçıları neft hasilatının miqdarı ilə bağlı məlumat əldə edə bilirlər. Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyinin də hesabatı işıq üzü görəcək və nəticədə neftin qiymətlərində oynamalara gətirib çıxaracaq. Lakin yüksək səviyyədə artım və ya azalma gözləmirəm, yaxın zamanda neftin qiymətinin 75 və ya 80 dollaradək yüksəlməsi çətindir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo