Məhkəmə

Tərtər işi: Məhkəmələr “Cinayət işi” qovluqlarını ibtidai istintaqa qaytarır

10 Noyabr, 2022
3047

Açıq mənbələrdən götürülüb

Noyabrın 10-da Gəncə Hərbi Məhkəməsində “Tərtər işi” üzrə daha 7 nəfərin məhkəməsi başlayıb. Qısa çəkən məhkəmədə hakimin çıxardığı qərarla Babayev Orxan Nəriman oğlunun, Aibov Emin Hörmət oğlunun, Abdullayev Zaur Akif oğlunun, Xəlilov Vəli Savxoz oğlunun, Rzayev Nicat Qabil oğlunun, Quluzadə Natiq Altay oğlunun, Tanrıverdizadə Yalçın Əmir oğlunun “Cinayət işi” təkrar baxılması üçün icraatı yenilənmiş istintaqa qaytarılıb.

Daha bir “Tərtər məhbusu”yla bağlı isə Gəncə Apellyasiya Məhkəməsi qərar verib. Məhkəmə 5 ildir ki, həbsdə olan Emil Əliyevin barəsində çıxarılmış hökmü ləğv edib, iş materiallarını təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarıb.   

https://toplum.tv/mehkeme/semkirin-kecmis-icra-bascisi-mehkeme-qarsisinda

Bu ayın əvvəli Gəncə Apellyasiya Məhkəməsi daha 11 nəfərin hökmünü ləğv edərək birinci instansiya məhkəməsinə göndərib. Hökmləri ləğv olunmuş məhbuslar Orucov Rauf Rəşad oğlu, Zeydullayev Sultan Ramazanoviç, Əhmədov Faiq Əlibəy oğlu, Rəhimov Atabəy Müqabil oğlu, Əliyev Nasif Mehman oğlu, Əhmədli Müşviq Seymur oğlu, Qasımov Məcid Kamal oğlu, İbrahimli Turan Maarif oğlu, Mehdiyev Mirpaşa Zahid oğlu, Quliyev Əlizamin Ələmdar oğlu, Adilzadə Emin Qədir oğludur. Ancaq bu dəfə onların işinə Tərtər Hərbi Məhkəməsində yox, Gəncə Hərbi Məhkəməsində baxılacaq. 

Yuxarıda adları qeyd olunan və dövlətə xəyanətdə təqsirləndirilərək məhkum edilmiş şəxslər keçmiş hərbçilərdir. Onların barəsindəki hökm və qərarlar hələ bir neçə il əvvəl Ali Məhkəmədə qüvvədə saxlanmışdı. Lakin icraat yenilənəndən sonra Baş prokuror Ali Məhkəmənin Plenumuna məktub göndərib. Yeni açılmış hallar əsasıyla sentyabrın 30-da Ali Məhkəmənin qərarı ləğv edilib və işlər yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılıb.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra həmin hadisələr zamanı həbs olunan şəxslərdən 26 nəfərə bəraət verilib. Aralarında general və polkovniklər də olmaqla, 12-dən çox şəxssə “Tərtər işi”ndə tutulanlara işgəncə vermək ittihamıyla həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo