Siyasət

Tərtərdə Hüquqi Özbaşınalıq Qurbanlarının Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

22 Fevral, 2021
2920

APA

Bu barədə fevralın 22-də "Turan" agentliyi xəbər verib. 

Məlumata görə, komitəyə aşağıdakılar daxildir: 

1. Sədr - Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun direktoru;
2. Həmsədr – Nəsir Əliyev, günahsız mühakimə olunmuş Emil Əliyevin atası;
3.Validə Əhmədova, işgəncələrdən ölmüş Elçin Quliyevin anası;
4. Kamal Qasımov, günahsız mühakimə olunmuş Məcid Qasımovun atası;
5. Nəriman Babayev, günahsız mühakimə olunmuş Orxan Babayevin atası;
6. Mehman Əliyev, günahsız mühakimə olunmuş Nasif Əliyevin atası;

Komitənin məqsədi:

- Bu uydurma iş üzrə mühakimə olunanların hamısının azad edilməsi;
- İşgəncələr altında ölənlərin hamısının reabilitasiyası və şəhid Şəhid adının verilməsi;
- Ölkənin hərbi prokuroru Xanlar Vəliyevdən tutmuş amansız repressiyalarda günahkar olan bütün hərbçilərin cinayət məsuliyyətinə cəlb edilməsi.

Komitə mütəmadi olaraq virtual konfranslar keçirməyi və işini  beynəlxalq hüquq müdafiə təşkilatları (ОМСТ, AI, HRW, IDREAM), AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri,  ATƏT, Aİ, ABŞ Dövlət Departamenti və s. ilə əlaqələndirməyi planlaşdırır.

Tərtər işi 2017-ci ildə yaranıb. Ölkənin Baş Prokurorluğu, Müdafiə Nazirliyi, DİN və Dövlət Təhlükəsizliyi Xidməti may-iyun aylarında kütləvi repressiyalar keçiriblər, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri onların qurbanları olub. 

Təkcə 7 may 2017-ci il tarixində 47 nəfər həbs olunub və 17 mayda həbs olunanların sayı  artdı. Dövlətə xəyanətdə (AR CM-in 274-cü maddəsi) ittiham olunan vətəndaşlar işgəncələrə məruz qalıblar. Nəticədə artıq 2017-ci ilin mayında 11 nəfər vəfat edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo