Siyasət

Abid Qafarovun növbəti məhkəmə iclası keçirilib

13 İyul, 2022
2407

Videodan skrin

Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun növbəti məhkəmə iclası keçirilib. 

A.Qafarov məhkəmədə elan olunan fasilə zamanı prosesin gedişatından narazılığını dilə gətirib. 

“Mən Yasamal rayon məhkəməsinin hakimi Rauf Daşdəmirovdan etiraz verdim. O “Tərtər hadisələri”nə də qarşı qərəzli mövqe tutur. Buna görə də, həmin hakimin dəyişdirilməsini tələb edirik. Yasamal məhkəməsinin bütün struktutruna etiraz yazmışıq. Onlar Əli Əliyevə (Vətəndaş və İnkişaf Partiyasının sədri-red.) qarşı da bir neçə dəfə qərəzli qərar qəbul ediblər. Appelyasiya məhkəməsinə bu işin Yasamal rayon məhkəməsindən alınıb qeydiyyatım üzrə Xəzər rayon məhkəməsinə verilməsi üçün müraciət etmişik”.  

Proses 16:00-da davam etdirilib.

Abid Qafarovu dəstəkləmək üçün məhkəmə önünə onun tərəfdarları, qazi və “Tərtər işi”ndə zərərçəkmiş şəxslər toplaşıb. 

Bundan əvvəl, iyunun 28-də Bakının Xəzər Rayon Məhkəməsində Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun məhkəməsinə hazırlıq iclası keçirilib.  Amma iclas başlanan kimi bu iş üzrə bir neçə şəxs şikayətlərini geri götürüblər.

Abid Qafarovu məhkəməyə verən bir qrup Qarabağ qazisi olub.

Onların iddiasına görə, Bakı Birlik Təşkilatının rəhbəri mayın 27-də Yasamal Rayon Məhkəməsinin qarşısında çıxış edərkən qaziləri müti adlandırmaqla onları təhqir edib. 

Ancaq bu gün həmin qazilər məhkəmədə bildiriblər ki, tərəflər arasında barışıq olub, onlar daha Abid Qafarovdan şikayətçi deyillər. İddialarını geri götürməklə bağlı ərizə də yazıblar. Buna baxmayaraq, hakim Tərlan Əkbərov icraatındakı bu işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar çıxarıb.

Abid Qafarov "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə silsilə videomüraciətlər yayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo