Məktəbdə döyülən uşağın atası: Polis nə döyənə dəyir, nə video çəkənə
Məktəbdə şagirdlərdən birinin digərini döyməsi ilə bağlı video sosial şəbəkələrdə yayıldıqdan sonra polis araşdırma başlayıb.
Döyülən şagirdin atası Namiq Zeynalov araşdırmanın gedişindən narazıdır. Deyir kİ, hələlik oğlunu döyənə şifahi töhmət verilib və başqa heç bir tədbir görülməyib:
Sabunçu rayon 112 saylı məktəbin direktor əvəzi Lətifə Mustafayevə isə fərqli açıqlama verib, o bildirib ki, uşaqlar barışıb, hər şey qaydasındadır. Hadisənin ictimailəşməsinin səbəbi isə şagirdlərdən birinin məktəbə iki telefon gətirməsi olub
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib ki, zərərçəkənin xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Şagirdin atası Namiq Zeynalov isə verilən açıqlamalardan razı deyil.
Psixoloq Nuriyyə Məmmədova deyir ki, hadisədən sonra tez-tələsik barışıq yaratmaq bulinqi azaltmayacaq.
Təhsil eksperti Elçin Əfəndi də o düşüncədədir ki, bu kimi hallarda məktəb rəhbərliyi ilə, Elm və Təhsil Nazirliyi də məsuliyyət daşıyır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib