Açıq mənbələrdən götürülüb
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2 077 nəfər 600 və daha yuxarı bal toplayıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət İmtaha Mərkəzi məlumat yayıb.
Bildirilib ki, həmin abituriyentlərdən 237 nəfəri məcburi köçkün rayonlarına aid məktəblərin məzunlarıdır.
"Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 1081 nəfər olub.
https://toplum.tv/sosial/muellimlerin-sertifikasiyasinin-neticeleri-aciqlandi
Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 1081 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 142 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 344 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 510 nəfər olub", - məlumatda qeyd olunub.
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident İlham Əliyev Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Təqaüdçülərdən 31 nəfər Bakı Ali Neft Məktəbinə, 23 nəfər Azərbaycan Tibb Universitetinə, 12 nəfər ADA Universitetinə, 10 nəfər Bakı Dövlət Universitetinə, 9 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 4 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Birgə Azərbaycan-Fransız Universitetinə (UFAZ), 1 nəfər Bakı Mühəndislik Universitetinə qəbul olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar