Sosial

İki ayda 100-ə yaxın bağça müdiri nöqsanlara görə işdən çıxarılıb

8 Sentyabr, 2022
2221

Açıq mənbələrdən götürülüb

İyun və iyul aylarında, təxminən 100-ə yaxın bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev  məlumat verib.

Onun sözlərinə görə, nəzarət tədbirləri bundan sonra da davam edəcək.

https://toplum.tv/multimedia/usaq-qaygi-merkezlerinde-isgencelere-sebeb-nedir

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, gündəmdə  məktəbəqədər təhsil müəssisələrində uşaqların yerdəyişməsi ilə bağlı məsələ yoxdur. 

"Əsas hədəf uşaqların məlumatlarının vahid informasiya bazasının formalaşdırılmasıdır. Bu iş yekunlaşdıqdan sonra yerdəyişmə prosesinin tətbiqi mümkün ola bilər", - deyə rəsmi qeyd edib və həmçinin əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin də yerdəyişməsi nəzərdə tutulmur. 

Onun sözlərinə görə, hazırda bağçalara tərbiyəçi-müəllimlərin və direktorların mərkəzləşmiş qaydada işə qəbulu aparılması məsələsi gündəmdədir.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo