Qazi müharibədə sağlamlığını itirsə də, əlillik ala bilmədiyini deyir
Şəxsi arxiv
Lənkəran rayon Şürük kənd sakini Bağırzadə Davud 4 oktyabr 2020-ci ildə könüllü olaraq 44 günlük müharibədə iştirak edib. İndi o, müharibədə ağır yaralandığı halda əlillik dərəcəsi ala bilmədiyini deyir.
“Füzuli və Xocavənddə gedən döyüşlərdə ağır yaralandım. Qarın boşluğundan yaralanmışam. Ciyər, bağırsaq, mədəm, ayağım və qolum zədələnib.
Qazinin sözlərinə görə, onu ağır yaralı vəziyyətdə ön cəbhədən Füzuli Mərkəzi Rayon Xəstəxanasına təxliyə edərək əməliyyat ediblər. Daha sonra Mingəçevir xəstəxanasına göndərilib. Burada bağırsaq və qaraciyərindən əməliyyat olunub. Daha sonra Bakıda hərbi hospitalda müayinələrdən keçib.
https://toplum.tv/qaynar-xett/muharibe-istirakcisi-medal-alib-ancaq-veteranliq-ala-bilmir
Şikayətçinin sözlərinə görə, ağrıları ona rahat işləməyə imkan vermir. Veteranlar üçün nəzərdə tutulan aylıq 80 manat isə dərmanlarına belə yetmir. Həm maddi, həm də sağlamlıq cəhətdən çətin vəziyyətdə olan qazi əlillik dərəcəsinin təyin edilməsini tələb edir: “Mən sağlamlığımı müharibədə itirmişəm. Lənkəranda əlilliyin bərpa mərkəzinə gedib komissiyadan keçdim. Cavablarım Bakıya göndərildi. Dedilər, 15 günə cavab gəlir. 2 aydan sonra imtina cavabı gəldi”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov Toplum TV-nin sorğusuna cavab olaraq bildirdi ki, müharibə iştirakçısının orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı üçün əlillik dərəcəsi müəyyən edilməyib: “Vətən müharibəsi iştirakçısı Bağırzadə Davud Rasim oğlu 01.03.2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Müəyyən edilib ki, aidiyyatı qurum tərəfindən təqdim edilən sənəddə D.Bağırzadə barəsində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, nazik bağırsağın zədələnməsi ilə müşayət olunan kor qəlpə yaralanması” diaqnozu qeyd edilib. Müayinə zamanı D.Bağırzadənin orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı müəyyən edilib və bu səbəbdən əlillik təyin edilməsindən imtina qərarı verilib”.
Qeyd edək ki, Müharibə iştirakçısı Davud Bağırzadə Xocavənd və Füzulinin azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Əlillik dərəcəsinin verilməməsini qazi ona qarşı edilmiş haqsızlıq hesab edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Sumqayıt sakinləri: “Yola çınqıl alıb tökdük, bələdiyyə gəlib qazdı, bərbad vəziyyətə saldı”
Toplum.TV
Toplum TV
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?