Siyasət

Azərbaycan İsraildə ilk rəsmi nümayəndəliyini açdı - reaksiyalar

29 İyul, 2021
3368

Rəsmi səhifə

"Azərbaycanla İsrail münasibətlərinin güclənməsinə İran ciddi reaksiya verməyəcək”.

Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Azər Qasımlı deyib.

Bu gün İsraildə Azərbaycanın ticarət nümayəndəliyi açılıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik “Tvitter” səhifəsində məsələyə belə münasibət bildirib:

“Həmin o gün gəldi. Bu gün biz Azərbaycan rəsmilərini İsraildə ticarət nümayəndəliyinin açılışı ilə bağlı qarşılayırıq. Bu, ölkədəki ilk rəsmi mövcudluğudur. İndi Azərbaycanın İsraildə ilk rəsmi evi var! Bu gün aramızdakı əlaqələr tarixində mühüm bir gündür. Nazir M.Cabbarov və nazir Y.Razvozov birgə lenti kəsərək Azərbaycanın İsraildəki ticarət nümayəndəliyini açıblar”.

Azər Qasımlı - Sosial Media

A.Qasımlı hesab edir ki, İsraildə Azərbaycanın ticarət nümayəndəliyinın açılmasını İran təbii ki, istəməzdi: “İran bu hadisəylə bağlı hansısa bir rəsmi nümayəndəsinin dili ilə bəyanət verərək mövqeyini bildirə bilər. Dövlət səviyyəsində hər hansı bir bəyanatın verilməsini isə gözləmirəm”.

“İsraillə münasibətləri İranın reaksiyalarına görə tənzimləyə bilmərik”

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanın İsraildə rəsmi nümayəndəlik açması iki ölkə arasında növbəti mərhələnin başlanğıcı ola bilər: 

“Azərbaycanın ilk dəfə İsraildə nümayəndəliyi fəaliyyət göstərəcək. Gələcəkdə konsulluq xidmətinin açılması, növbəti addım kimi isə səfirliyin açılması mümkündür. İsrail tərəfi bununla bağlı dəfələrlə Azərbaycana çağırışlar edib. Amma müxtəlif siyasi səbəblərdən, əsasən də qonşu İran dövlətinin ehtimal olunan reaksiyalarına görə, İsraildə səfirliyin açılması təxirə salınırdı. Bizim İranla da çox yaxşı münasibətlərimiz var və inkişaf etdirilməsi düşünülür”.

Bununla belə, ekspert zənn edir ki, İsraildə ticarət nümayəndəliyinin açılması, İranla münasibətlərin kəskin şəkildə pozulması ilə nəticələnməyəcək: “İran kəskin reaksiya verməsə belə, bəzi məsələlərdə öz narazılıqlarını göstərəcək. Məsələn, o, Ermənistanla münasibətlərini daha da sıxlaşdıra bilər. Daha ciddi iqtisadi münasibətlər qura bilər və s”.

Azər Qasımlıya görə, İsraildə ticarət nümayəndəliyinin açılmasının Azərbaycana elə də ciddi iqtisadi faydaları toxunmayacaq: “Azərbaycan iqtisadi cəhətdən müəyyən mənada qapalı ölkədir. Çünki biz Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik. Həmçinin Azərbaycanın daxilində iqtisadi azadlıqlar, mülkiyyətin toxunulmazlığı prinsipləri yoxdur. Ona görə də Azərbaycana hansısa ciddi investisiyanın qoyulması mümkünsüzdür”.

Natiq Cəfərli - Sosial Media

Natiq Cəfərli də deyir ki, bir çox ölkələrdə Azərbaycanın belə ticarət nümayəndəlikləri açılıb, amma ölkə bundan hansısa ciddi iqtisadi fayda əldə etməyib: “Çində, Rusiyada, Ərəb ölkələrinin bəzilərində Azərbaycanın ticarət nümayəndəlikləri var. Amma bu iqtisadi baxımdan ixracatın stimullaşdırılması istiqamətində ciddi effekt verməyib. Xaricdə ticarət evlərinin açılmasının məğzi ondan ibarətdir ki, ölkə ixracat məhsullarının tanıtımını həyata keçirmək və reklam kampaniyaları, iş adamları ilə əlaqələrin qurulması nəticəsində həmin ixracat mallarının satışını təşkil etmək üçün imkanlar əldə etsin. Azərbaycan (neft-qazdan başqa) nə istehsal edir ki, onu satmaq üçün ticarət nümayəndəliyinə ehtiyacı yaransın?”

“İsrail bizim ən böyük ticarət tərəfdaşlarımızdan biridir. Bizim İsrailə satdığımız məhsulun 98%-i xam neft, çox cüzi hissəsini də neft məhsulları təşkil edir. Biz  gərək istehsal potensialımızı artdıraq ki, çox çeşidli istehsal və ixracat modelinə keçək ki, sonradan onun tanıtımı ilə bağlı işlər görə bilək”, - deyə N.Cəfərli vurğulayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo