Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcək
Report
Azərbaycan, Rusiya, İran və Qazaxıstana məxsus gəmilər sentyabr ayında Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək.
Bu barədə “Report” xəbər yayıb.
Rusiya Hərbi Dəniz Donanmasın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimov jurnalistlərə deyib ki, “Dəniz kuboku” başa çatdıqdan dərhal sonra keçiriləcək birgə təlimlərdə Rusiya hərbi-dəniz donanmasının, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcək.
Onun sözlərinə görə, bir neçə gün ərzində Xəzər dənizində birgə fəaliyyət tədbirlərinin planı hazırlanacaq.
İlk dəfə İranda keçirilən “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının “Dəniz Kuboku” müsabiqəsində Azərbaycan, Qazaxıstan, İran və Rusiyaya məxsus kiçik raket və artilleriya gəmiləri iştirak edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: 1news.az
Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya mədəniyyəti tədbirləri ləğv edilib
Foto: Açıq mənbə
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb