Siyasət

Hökumət Eynulla Fətullayevə təzminat ödəyəcək

7 Aprel, 2022
2181

açıq mənbədən götürülüb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) aprelin 7-də jurnalist Eynulla Fətullayev ilə bağlı qərarını elan  edib.

Aihmaz.org saytı yazır ki, məhkəmə Eynulla Fətullayev Azərbaycana qarşı işində ərizəçinin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinə söykənərək, ona qarşı cinayət işinə baxışın ədalətsizliyindən – sübutların əldə edilməsindəki prosessual pozuntulardan, bərabərlik prinsipinin qorunmamasından şikayətçi idi. O, həmçinin, Konvensiyanın 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia edirdi ki, ona qarşı açılan cinayət işi məhz jurnalist fəaliyyəti ilə bağlı olub.

Məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyib.

Eyni zamanda, hesab edib ki, ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsi pozulub – milli məhkəmələr ədalətsiz olub.

AİHM 6-cı və 10-cu maddə ilə birlikdə götürülməklə, Konvensiyanın 18-ci maddəsinin pozuntusu iddiasının qəbuledilinləyini və mahiyyətini araşdırmağa ehtiyac görməyib.

Qərara əsasən, Azərbaycan hökuməti Eynulla Fətullayevə dörd min avro təzminat ödəməlidir.

Ərizəçini bu işdə hüquqşunas İntiqam Əliyev və vəkil Elçin Sadıqov təmsil edib.

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru olan E.Fətullayev 2007-ci ildə böhtan, terrorizm hədəsi, etnik düşmənçiliyin qızışdırılması və vergidən yayınma ittihamları əsasında açılmış iki cinayət işi üzrə təqsirli hesab olunub və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Rəsmi açıqlamada deyilirdi ki, E.Fətullayev cəza çəkərkən üzərində axtarış aparılıb, heroin tapılıb.

2009-cu ilin dekabrında ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istifadə üçün zəruri olan miqdardan artıq miqdarda saxlanılması) maddəsi ilə cinayət işi açılmışdı. İstintaq zamanı təyin edilən ekspertiza zamanı ərizəçinin qan və sidik nümunələrində narkotika izləri, heroinin ev şəraitində hazırlanmış olması müəyyən edilmişdi.

Məhkəmə qarşısına çıxarılan ərizəçini Qaradağ Rayon Məhkəməsi təqsirli sayıb və iki il altı ay müddətinə azadlıqdan məhrum etmişdi.

İttihamların uydurma olduğunu, narkotik maddənin rəsmilər tərəfindən yerləşdirildiyini, bütün baş verənlərin onu tənqidçi jurnalistika fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıdığını iddia edən ərizəçinin yuxarı məhkəmələrə şikayətləri isə rədd edilmişdi.


 


 


 

 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo