Sosial

Cəmil Həsənlinin Honq Konqda kitabı nəşr olundu

10 Aprel, 2021
3100

Sosial Media

Professor, Milli Şuranın sədri Cəmil Həsənlinin Honq-Konqda kitabı nəşr olunub.

Bu barədə o, aprelin 9-da özünün sosial şəbəkə hesabında məlumat verib: 

"Honq Konq Universiteti Press yalnız Çinin deyil, dünyanın ən nüfuzlu nəşriyyatlarındandır. Həm Universitet, həm də Honq Konq University Press öz müstəqilliyini hələ ki, saxlaya bilib. Bu ay həmin nəşriyyat mənim Şərqi Türkistan kitabımın (蘇聯政策中的新疆:
斯大林與東突厥斯坦的穆斯林運動, 1931-1949) nəşrini başa çatdıra bildi". 

Kitabın nəşr prosesindən danışarkən professor bunun heç də asan başa gəlmədiyini deyib: 

"Uyğurların, Şərqi Türkistanda digər türk və müsəlman xalqlarının 20 illik (1930-1950) zəfər və faciəsini əks etdirən bu əsərin hazırkı vaxtda Hong Kong Pressdə çıxması  elə də asan olmadı.  Çətinliklərlə üzləşsə də, nəhayət bu nəşri başa çatdırmaq mümkün oldu. Kitabı Çin dilinə Professor Yang Şu tərcümə edib. Moskva və Harvarddan sonra üçüncü olaraq bu araşdırma Hong Kongda nəşr olundu. Hazırda kitab Türkiyədə türk dilinə də tərcümə edilir. İki həftədən sonra kitab artıq satışda olacaq, internet üzərindən sifarişlər isə artıq başlamışdır".


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo