Sosial

Müxtəlif ölkələrdə yaşayan ziyalılar Azərbaycan cəmiyyətinə müraciət etdilər

8 Aprel, 2021
3083

Sosial media

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalılar Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızına qarşı törədilən təxribatı pisləyən müraciət yayıb. Azərbaycan toplumuna ünvanlanan müraciəti imzalayanlar İran azərbaycanlılarıdır.

Müraciətdə deyilir: "Hür vicdanı, gur səsi və özgür iradəni işgəncə, dustaq, sürgün və şantaja əl ataraq basdırma, qısdırma və yox etmə politikası tək səsliliyi bəsləyən və istibdadı ayaqda tutan bir gələnəkdir. Ədaləti və özgürlüyü müdafiə edən insanların yanında yer almaq isə toplumları ayaqda tutan və yaşadan bir ərdəmdir.

Qadınlar başda olmaq üzərə insanların özəl yaşamı üzərindən hədəf alınması hər şeydən öncə bu olayları planlayan və yönədən zümrənin nə sayaq bir əxlaqi çöküşün içində olduğunun göstəricisidir”.

Müraciət müəllifləri daha sonra qeyd edir: "Son günlərdə -bir çox örnəkdə tanıq olduğumuz kimi- bu çirkin hücumlarda təkcə dəyərli bilim və mücadilə insanımız Cəmil bəy Həsənli və qızı deyil; eyni zamanda Azərbaycan toplumunun özgür və adil şərtlərdə yaşamasını arzulayan hər kəs hədəf alınmışdır.

İnsanların, özəlliklə insan haqları aktivistlərinin şəxsi həyatı üzərindən aparılan hücumlar itaət, özünü senzor və qorxu kültürünü yaymaq, etiraz kültürünün yayğınlaşmasını əngəlləmək, müxalifətçiliyin maliyətini artırmaq, siyasət sahəsini daraltmaq və gücü bəlli azlığın əlində tutmaq amacına xidmət etməkdədir. Toplumdakı patriarxal anlayış, yorum və diskurs da bu sui-istifadə zehniyyətini bəsləməkdədir və beləliklə, hamı bir gün bu toplu linçlərin qurbanına çevrilə bilər.

İnsanlarımıza və toplumumuza qıyan bu çirkin hakim zehniyyətin ortadan qaldırılmasının tək yolu Azərbaycanda insani dəyərləri əsas alan və ucaldan hüquq normalarına əməldə bağlı qalmaq və gərəklərini yerinə gətirmək olaraq görülməlidir”.

"Biz, Güney Azərbaycan ictimaiyyətinin demokratik dəyərlərə inanan bir kəsimi adına toplumumuzu insani dəyər və ərdəmlərdən boşaltmağa və qarayaxmaları bir kültürə dönüşdürməyə çabalayan zorbalara qarşı haqq, ədalət və azadlıq yolunda mücadilə verən insanları dayanışmaya və duyarlı olmağa, hakimiyyəti isə məsuliyyətli davranmağa dəvət edir, təməl haqq və hürriyyətlərə zidd olan bu anlayışı şiddətlə qınayırıq”, – akademiklər vurğulayıb.

Müraciəti imzalayanlar:

1. Dr. Behruz Əlizadə (biotexnoloq, Qoşaçay)
2. Davut Turan (sosioloq, Vaşinqton)
3. Dr. Fateme Dehgan (beynəlxlaq münasibətlər mütəxəssisi, İstanbul)
4. Dr. Hacər Kəbiri (sosioloq, İstanbul)
5. Dr. Hilal Ulus (şərqşünas, Köln)
6. Dr. Höccət Qasimlu (politoloq, İstanbul)
7. Dr. Lalə Cavanşir (türkoloq, Toronto)
8. Dr.Məmməd Ənsari (musiqişünas, Berlin)
9. Dr.Nasir Əlizadə (iqtisadçı, Xoy)
10. Dr. Rıza Ləkzadə (farmakoloq, Ankara)
11. Rıza Talibi (jurnalist, İstanbul)
12. Rıza Siami (rejissor, Ərdəbil)
13. Dr. Səbur Kəbiri (sosioloq, İstanbul)
14. Dr. Sedighe Adalati (sosial psixoloq, Hamburg
15. Səməd Purmusəvi (arxitektor, Toronto)
16. Seyfəddin Hatəmluyi (jurnalist, Köln)
17. Dr. Simin Səbri (psixoloq, Bergen)
18. Dr. Şeyda Savalan (biotexnoloq, İstanbul)
19. Dr. Toğrul Atabay (türkoloq, Xoy)
20. Umud Evrən (politoloq, Amsterdam)
21. Dr. Vali Sülaymanoğlu (türkoloq, Köln)
22. Vəhid Azar (rejissor, Vancouver)
 

Meydan.Tv


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo