Sosial

Həbsdə olan jurnalist Polad Aslanov aclıq aksiyasına başladı

18 May, 2021
1306

Sosial Media

“Həyat yoldaşım həbsxanadakı qanunsuzluqları açıqladığı üçün süni məhdudiyyətlərlə üzləşir”.

Bunu “Toplum TV”-yə "Xeberman.com" və "Press-az.com" informasiya saytlarının təsisçisi Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova deyib 

Siyasi məhbus Polad Aslanov saxlandığı 1 Saylı Cəzaçəkmə Müəssisəsi  rəisi Emin Həsənovun qanuna zidd davranışlarına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Gülmirə Aslanovanın sözlərinə görə, rəis heyəti P.Aslanova münasibətdə ən adi maddi-məişət normalarına, ailə üzvləri və vəkili ilə telefon danışığına məhdudiyyət tətbiq edib: 

“Beynəlxalq Qırmızı Xaç Komitəsi həbsxanada ona baş çəkərkən o, içəridə olan rüşvət, korrupsiya, məhbusların incidilməsi ilə bağlı pozuntuları qurumun nümayəndələrinə məlumat verdiyi üçün bu cür süni məhdudiyyətlərlə üzləşir”. 

O bildirib ki, həbsxanada həyat yoldaşından rüşvət də tələb edirlər.
 
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov isə deyib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Biz bu məsələni araşdırmışıq. Heç bir problem yoxdur, hər şey qaydasındadır. Məlumatlar isə həqiqətə uyğun deyil”. 

Sözügedən məsələ ilə əlaqədar olaraq “Müdafiə Xətti”nin həmtəsisçisi Rüfət Səfərov da qurumun adından bəyanat yayıb: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyindən və Ombudsman Aparatının əməkdaşlarından xahiş edirik ki, siyasi məhbus P. Aslanovun sağlıq durumunu humanitar qaydada nəzarətdə saxlasınlar. Penitensiar Xidmətin rəhbərliyindən tələb edirik ki, siyasi dustaq P.Aslanova qarşı qeyri-hüquqi, Cəzaların İcrası Məcəlləsində təsbit edilən normalarla bir araya gəlməyən və ayrıseçkilikdən qaynaqlanan davranışa son qoysun”.

Polad İsrail oğlu Aslanov 2019-cu ildə dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb və Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Polad Aslanovun xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirdiyi, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edildiyi müəyyən olunub.

Məlumata görə, istintaq zamanı P.Aslanovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib.

Polad Aslanov bu ittihamları qəbul etmir və həbsini qanunsuz sayır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo