Sosial Media
Jurnalist Polad Aslanov həbsxanada hüquqlarının pozulmasına baxmayaraq, əhvalı yaxşıdır və onun müdafiəsi üçün zəhməti keçən hüquq müdafiəçilərinə, media və ictimaiyyət nümayəndələrinə salam və minnətdarlığını çatdırmağımı xahiş edib.
Bu barədə iyunun 28-də "Turan"a Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Onun sözlərinə görə, səhhətində ciddi problemlərin olmasına baxmayaraq, Polad Aslanova keyfiyyətli tibbi yardım göstərmirlər və xəstəxanaya keçirmirlər.
Polad Aslanov 2 ildən çox həbsdə saxlanılmasını özünə və ailəsinə qarşı “mənəvi və maddi zülm” kimi qiymətləndirir.
“Əfv ərizəsi yazmağımı istəyirlər. Mən isə bildirmişəm ki, hüquqlarımın müdafiəsi üçün sona qədər mübarizə aparacam”, - deyə o bildirib.
Gülmirə Aslanova deyib ki, Polad Aslanov Avropa Məhkəməsində hüquqlarının bərpa olunacağına əmindir.
2019-cu il noyabrın 16-da "xeberman.com" saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.
Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.
Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”