Sosial

Məktəbdə döyülən uşağın atası: Polis nə döyənə dəyir, nə video çəkənə

4 Oktyabr, 2022
4588

Açıq mənbələrdən götürülüb

Məktəbdə uşağın döyülməsi ilə bağlı video sosial şəbəkələrdə yayıldıqdan sonra polis araşdırma başlayıb. Lakin döyülən şagirdin atası Namiq Zeynalov araşdırmanın gedişindən narazıdır. “Toplum TV” yə açıqlamasında o bildirib ki, hələlik oğlunu döyən uşağa şifahi töhmət verilib və başqa heç bir tədbir görülməyib.

Valideyn bildirib ki, məktəb rəhbərliyi uşağın döyüldüyünü ona xəbər verməyib. O videonu sosial şəbəkələrdə gördükdən sonra xəbər tutub.

Sosial şəbəkələrdə Bakıda məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri ötən gün yayılıb.

Bundan sonra Bakı Şəhər Təhsil İdarəsi valideynlərdən izahat alındığını, psixoloqların uşaqlarla söhbət apardığını bildirib.

https://toplum.tv/sosial/112-sayli-sagirdin-bulinqe-meruz-qaldigi-bildirilir

Sabunçu rayon 119 saylı məktəbin direktor əvəzi Lətifə Mustafayevə isə fərqli açıqlama verib, o bildirib ki, uşaqlar barışıb, hər şey qaydasındadır. Hadisənin ictimailəşməsinin səbəbi isə şagirdlərdən birinin məktəbə iki telefon gətirməsi olub:

“Dərs başlamazdan öncə şagirdlərdən telefonlar təhvil alınır və onlar xüsusi şkaflarda saxlanılır. Telefon şagirdlərə yalnız evə getdikdə verilir. Sadəcə olaraq videonu çəkən uşaq məktəbə iki telefon gətirib. Birini təhvil verib, o birinisə gizlədib. Şagirddə telefonun olduğunu sinif rəhbəri və sinif yoldaşları bilməyib. Məsələ araşdırılır, həm uşaqların, həm valideynlərin izahatı alınıb. Həmçinin, məktəbə Bakı Şəhər Təhsil İdarəsindən psixoloqlar göndərilib”.

https://toplum.tv/sosial/qebul-imtahanlarinda-yuksek-bal-toplayanlarin-sayi-aciqlanib

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib ki, zərərçəkənin xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Şagirdin atası  Namiq Zeynalov isə verilən açıqlamalardan razı deyil.

“Bu o deməkdir ki, ikisi də eyni məktəbdə oxumağa davam edəcək. Bəlkə uşağımı bıçaqlayardı, vurub kor edərdi. Onda necə olacaqdı? Polis videonu çəkənə dəymir, döyənə dəymir, müəlliminə dəymir.  Qohum gəlib mənə xəbər atır ki, uşağınızı döyüblər, bölməyə gəlsin”.  

Namiq Zeynalov  bildirib ki, əgər zorakı şagird, müəllim və məktəb barədə tədbir görülməsə, başqa çıxış yolu axtarmalı olacaq. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo