Sosial

"Oğlum və ailəsi Səfər Mehdiyevin şəxsi dustağıdır"

20 Mart, 2021
2997

Açıq mənbələrdən götürülüb

"Qüdrət Həsənquliyevin bacısı oğlu vasitəsilə plan qurub övladımı şərlədilər"

Dövlət Gömrük Komitəsində vəzifə alandan 5 gün sonra həbs olunan Natiq İmanovun 10 gündür ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirir.

Bu barədə Meydan TV-yə anası Aygün İmanova məlumat verib.

O bildirib ki, Natiq İmanov qanunsuz həbsi olunması ilə bağlı ölkə başçısına, Baş prokuror Kamran Əliyevə və aidiyyəti qurumlara müraciət edib, lakin onun müraciətinə cavab verilməyib. Bundan sonra o, quru aclıq aksiyasına başlayıb.

İmanovun anası deyir ki, Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev oğlunu öz çirkin əməllərinə qurban verib.

Aygün İmanovanın sözlərinə görə, oğlunu şərləyən Gömrük Komitəsinin əməkdaşı, deputat Qüdrət Həsənquliyevin bacısı oğlu Rafael Əhmədovdur: "Bu həbsi planlı şəkildə həyata keçiriblər. Səfər Mehdiyevə özünü yoxlamalardan sığortalamaq üçün bir qurban lazım idi, ona görə də 5 gün idi ki, vəzifəyə təyin olunan oğlumu şərlədi. Sonra da Qüdrətin bacısı oğlu Rafael Əhmədovu onun üzünə saxladılar. Mənim oğlum necə rüşvət ala bilər ki, ailəsi iki körpə uşaqla hələ də kirayədə yaşayır. Həyat yoldaşım Tofiq İmanov 2-ci qrup Çernobl əlilidir, mən evdar qadınam, bir ailəni necə sahibsiz qoya bilirlər? Qoy bütün Azərbaycan xalqı bilsin ki, oğlum və ailəsi Səfər Mehdiyevin şəxsi dustağıdır".

Natiq İmanov - Meydan Tv

Məhkumun anası bildirib ki, 3 gün öncə Ombudsman aparatının əməkdaşları da aclıq aksiyası keçirən Natiq İmanova baş çəkiblər: "Natiqlə danışmışıq. Quru aclıq aksiyası keçirir. Hazırda çəkisi 58 kq düşüb. Təzyiqi isə 180-dir. Balamı şərləyib həbsxanada öldürmək istəyirlər".

Natiq İmanovun vəkili Elçin Sadıqov da Meydan TV-yə onun aclıq aksiyası keçirdiyini təsdiqləyib.

O bildirib ki, İmanov qanunsuz həbsinə etiraz olaraq belə bir aksiyaya qərar verib: "Səhhəti acınacaqlı durumdadır və cəzaçəkmə müəssisəsində həbsini davam etdirməsinə uyğun deyil. Ümumiyyətlə, həbsi qanunsuzdur və azadlığa buraxılmalıdır".

Ailəsi deyir ki, 36 yaşlı Natiq İmanov Bakıda doğulub, 2001-ci ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, Prezident təqaüdü ilə təltif edilib. Həmin universitetin bakalavr və magistr pillələrini bitirərək 2006-cı ildən etibarən Dövlət Gömrük Komitəsində (DGK) xidmət edib.

Rəhbərlik tərəfindən təşəkkür, fəxri fərmanlarla, xüsusi rütbələrlə və nəhayət, 2016-cı ildə "10 illik qüsursuz xidmətə görə döş nişanı” ilə təltif olunub.

Natiq İmanov isə ictimaiyyətə ünvanladığı müraciətdə deyir ki, yaxşı təhsil alıb, öz işində peşəkarlığıyla seçilib, 12 il çalışıb və 2018-ci ilin 6 sentyabrında Dövlət Gömrük Komitəsində keçirilmiş struktur və kadr islahatları zamanı Komitə sədri Səfər Mehdiyevin əmri ilə maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Cəmi 5 gün bu vəzifəni icra edən Natiq İmanov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxslərin qanunsuz hərəkərlərə görə rüşvət alması) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Natiq İmanov həmçinin qeyd edib ki, Dövlət Gömrük Komitəsində (DGK) xidməti fəaliyyətim dövründə həyat yoldaşı və 2 azyaşlı uşağı kirayədə yaşayıb. Tələbəlik illərində atası tərəfindən hədiyyə edilmiş "VAZ 2107” markalı avtomobildən başqa heç bir mülkiyyəti olmayıb.

Cinayət materiallarından məlum olur ki, DGK-nın Əməliyyat İdarəsinin rəis müavini vəzifəsinə yeni təyin olunmuş Rafael Əhmədov və dostu Mansur Zeynalov Natiq İmanovun həbs olunmasında əsas şahiddirlər. Şahid ifadələri Natiq İmanovun rüşvət aldığını təsdiqləsə də, təqsirləndirilən şəxs əksini söyləyir.

İfadəsindən belə məlum olur ki, iş yoldaşı kimi yaxın münasibəti olduğu Mansur Zeynalov ona zəng edərək görüşmək istədiyini deyib. Görüşdə isə rayona gedəcəyini bildirib və şəxsi pulunu ona əmanət edib. Natiq İmanov da həmin pulla yaxalanıb. Sonradan müdafiə tərəfi Rafael Əhmədovla Mansur Zeynalovun birgə planı nəticəsində əməliyyatın həyata keçirildiyi qənaətinə gəlib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo