Siyasət

Azərbaycan iranlı sürücüləri ölkələrinə qaytardı

21 oktyabr, 2021
2829

Açıq mənbələrdən götürülüb

Azərbaycan İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.

Bu barədə oktyabrın 21-də Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

Bu qərar İranın öz yük maşınlarına Qarabağ və Laçın ərazisinə qanunsuz səfər etməsinə qadağa qoymasından sonra verilib. 

Belə ki, oktyabrın 20-də İranın Beynəlxalq Daşımalar İdarəsi beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına xüsusi müraciət ünvanlayıb. İdarənin direktoru Məhəmməd Hidayəti İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən xəbərdarlıq edib ki, onun təşkilatı Azərbaycan Respublikasının ərazisinə bu ölkənin rəsmi sərhədlərindən kənardan istənilən girişi Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirəcək.

Müraciətdə əsas etibarilə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonunna Ermənistan vasitəsilə girişin qadağan olunduğu vurğulanıb. Həmçinin Qarabağdakı tanınmamış seperat rejimlə hansısa ticarət sazişinin imzalanması və nəqliyyat şirkətlərinə bu regiona müşayiətedici sənədlərin verilməsi də qadağan edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib”

5 noyabr 2026

sosial media

Tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağa səbəbindən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək Amerika Tarix Cəmiyyətinin illik toplantısında iştirak edə bilməyəcəyini bildirib. Həsənli bu barədə noyabrın 5-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, sözügedən tədbir yanvarın 7-dən 10-dək ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində keçiriləcək. Cəmiyyətin üzvü olan Həsənli tədbirə dəvət olunduğunu bildirib. C. Həsənli əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyub və şahid qismində ifadəsini alıb. “"Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi...
Siyasət

Ərdoğan: “Noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm”

5 noyabr 2026

sosial media

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bakıya səfər etməyi planlaşdırır. Ərdoğan bunu noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib. “8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir vəziyyət yaranmasa, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. Ümid edirəm ki, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, - Ərdoğan deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığını, həmçinin Türkiyənin kəşfiyyat rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərdiyini bildirib: “Azərbaycanla münasibətlərimiz adi diplomatik təmaslardan qat-qat artıqdır. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”. Ərdoğanın açıqlaması Bakı ilə Ankara arasında gərginliyin...

Seçilmiş Videolar

Toplum TV loqo