Sosial

Qarabağ qazisi: “Deyirlər ki, ayaq üstə dayana bilirsən, sənə əlillik düşmür”

13 Aprel, 2022
2723

açıq mənbədən götürülüb

“Qarnımda 20 tikiş var, qoluma qan işləmir, ayağım axsayır, ağrılardan yata bilmirəm. Əlillik almaq üçün başqa hansı şərtlər lazımdır?”

Könüllü müharibədə döyüşən Qarabağ qazisi ona əllilliyin verilmədiyindən şikayətlənir.

Davud Bağırzadə Toplum TV-yə deyib ki, o, Füzuli və Xocavənd istiqamətində döyüşlərdə yaralanıb.

Davud Bağırzadə - şəxsi arxiv

Dediyinə görə, onu yaralı vəziyyətdə ön cəbhədən Füzuli Rayon Mərkəzi Xəstəxanasına gətiriblər.

Xəstəxanada əməliyyat olunduqdan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. Burada da bağırsaq və qaraciyərdən əməliyyat olunub.

“Qarnımda 20 tikiş var”

Davud Bağırzadə deyir ki, əməliyyat olunsa da, müharibənin dəhşətli izlərindən yaxa qurtara bilməyib: "Rahat hərəkət edə bilmirəm. Ayağım da axsayır. Belimdə o qədər ağrılar var ki, səhərə qədər yata bilmirəm. Belim ağrımasın deyə taxta üzərində yatıram”.

Qazinin anası xadimə işləyərək ailəsini dolandırır

Davud Bağırzadənin atası ölüb. Bacısı ödənişli əsaslarla təhsil alır, anası isə xadimə işləyərək ailəsini dolandırır.

Deyir ki, müharibədən əvvəl rahat işləyib ailəsinin ehtiyaclarını özü qarşılaya bilib: "Mən ailəmi dolandırmaq üçün heç vaxt kimdənsə yardım istəməmişəm. Müharibədən əvvəl özüm işləyib, halal zəhmətimlə ailəmi dolandırırdım. İndi səhhətimlə bağlı işləyə bilmirəm. Ehtiyacım var deyə yardım istəyirəm. Mənə 80 manat təqaüd verilir. O da heç dərmanlarıma kifayət eləmir. Hər gün dərman atıram”.

Toplum Tv

“Döyüşlərdə könüllü vuruşmuşam, niyə mənə yardım göstərilməməlidir?”

Davud Bağırzadə deyir: “Yardım üçün “YAŞAT” Fonduna müraciət etdim. Dedilər ki, əllillik dərəcən yoxdur deyə sənə yardım edə bilmərik. Əllilliyin verilməməsinin səbəbini soruşduqda isə deyirlər ki, ayaq üstə dura bilirsən, sənə əlillik düşmür”.

“Müharibədə ölməli idim?”

Qazi əllilik almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib: "Deyirlər ki, sağalmısan. Sağalmamışam axı. Nə etməli idim? Demək istəyirlər ki, müharibədə ölməli idim?”

Lənkəran Şəhər İcra Hakimiyyətinin də onunla maraqlanmadığını deyir: “Lənkəran Şəhər İcra Hakimiyyəti mənimlə bir dəfə də maraqlanmayıb. İş üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə getmişdim. Dedilər ki, iş yoxdur”.

“İcra Hakimiyyəti iş verən qurum deyil”

Lənləran İH - açıq mənbədən götürülüb

Lənkəran Şəhər İcra Hakimiyyətindən Toplum TV-yə bildiriblər ki, imkan yarandığı təqdirdə qazinin işlə təmin olunmasına köməklik göstəriləcək: “İcra Hakimiyyəti kimisə işlə təmin edən qurum deyil. Davud Bağırzadə qəbul edilən zaman ona Lənkəran-Astara Regional Məşğulluq Mərkəzinə mürəciət etməsi tövsiyə olunub. Bununla belə, vətəndaşın işlə təminat məsələsi nəzarətə götürülüb və gələcəkdə imkan yarandığı təqdirdə münasib işlə təmin olunmasına köməklik göstəriləcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo