Sputnik
Azərbaycan müşahidəçi statusu almaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyib.
"RIA Novosti"-nin verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov keçirdiyi mətbuat konfransında bildirib.
“Qəbul edilmiş sənədlər KTMT-nin fəaliyyətinə maraq göstərən müxtəlif ölkələrin tərəfdaş və ya müşahidəçi qismində cəlb olunmasına imkan verir. Məlum olduğu kimi bu qərarlar ümumi razılıq əsasında qəbul olunur. Azərbaycan tərəfindən hələlik bu cür müraciət daxil olmayıb", - deyə Aleksandr Bikantov qeyd edib.
Bununla belə, Rusiya rəsmiləri bir müddət əvvəl Azərbaycanın müşahidəçi qismində KTMT-yə cəlb olunmaq istəməsi barədə məlumatlar yayırdılar.
İyulun 6-da Rusiya Dumasının Avrasiyaya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan və Pakistanın KTMT-də müşahidəçi statusu almaq istədiyini bildirmişdi.
Azərbaycan tərəfi isə məsələyə rəsmi münasibət bildirməmişdi.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıblar. Azərbaycan bu müqaviləyə 1994-cü ildə Heydər Əliyevin hakimiyyəti dönəmində imza atıb. Elə Belarus və Gürcüstan da müqaviləyə o zaman qoşulublar. Beş il sonra müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) onun müddətini daha beş il artırmaq barədə razılığa gəliblər. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olunub. Vaxtaşırı Rusiya rəsmi dairələri Azərbaycanın KTMT-yə üzvlüyünü gündəmə gətirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”