Dünya

Hindistanda "Tik-Tok" qadağan edildi

26 Yanvar, 2021
1500

The Conversation

Hindistanla Çin arasında baş verən siyasi gərginlik texnologiya sahəsində də təsir edib.  

“Times of India” nəşrinin yanvarın 26-da verdiyi xəbərə görə, Hindistan hökuməti Çinin mobil tətbiqlərinə qarşı sanksiyalar çərçivəsində “TikTok”, “Baidu”, “WeChat” da daxil olmaqla, 59 tətbiqin ölkə ərazisində istifadəsini həmişəlik qadağan edib.

Hindistan hökuməti qadağaların Çinin Hindistanın suverenliyinə, ərazi bütövlüyünə və dövlət təhlükəsizliyinə ziyan vuran fəaliyyətinə görə həyata keçirildiyini bildirib. 

Bir müddətdir ki, Hindistan və Çin arasındakı diplomatik gərginlik davam edir. Anlaşılmazlıqlar artıq hərb sahəsinə də sıçrayıb. Belə ki, yanvarın 25-də iki ölkənin dövlət sərhədində baş verən hərbi toqquşmalar nəticəsində 20-dən artıq hərbçi xəsarət alıb. 

Məlumata görə, toqquşamalar Hindistanın Sikkim ştatında yerləşən sərhəd ərazidə, Naku-La aşırımında baş verib. Hindistan mənbələri Çin ordusunun sərhəd xəttini keçməyə çalışmaqda ittiham edib, qarşı tərəfə də buna görə cavab verdiklərini açıqlayıb. 

Dünyada ən çox əhalisi olan iki ölkəni – Çin və Hindistanı “Makmaqon xətti” ayırır. Hindistan mövcud sərhədi tanıyıb, Çin isə yox.  

Problemi həll etmək üçün dəfələrlə cəhd göstərilib: 1993 və 1996-cı illər tarixində Çin və Hindistan arasında imzalanan iki razılaşma nəticəsiz qalıb. Sərhədyanı ərazinin iki bölgəsi – Kəşmirin şimal-şərqi və Arunaçal-Pradeş ştatının şimalı - mübahisəli ərazi olaraq qalmaqdadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo