Rusiya Navalnının məhkəməsində əcnəbi diplomatların iştirakından narazı qalıb
RİA NOVOSTİ
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova müxalifət lideri Aleksey Navalnının Moskva məhkəməsindən keçirilən iclasında əcnəbi diplomatların iştirakını tənqid edib.
Zaxarova fevralın 2-də "Feysbuk" hesabında yaydığı açıqlamada bildirib ki, xarici ölkə diplomatlarının məhkəmədə iştirak etməsi Rusiyanın daxili işlərinə qarışmaqdır.
"Bu təkcə suveren dövlətin daxili işlərinə qarışmaq deyil, həmçinin kollektiv Qərbin Rusiyanı zəiflətmək cəhdlərinin qanunsuz və çirkin özünüifşasıdır", - deyə XİN rəsmisi bəyan edib.
KİV-in verdiyi məlumata görə, Navalnının məhkəməsində əsas etibarilə ABŞ, Bolqarıstan, Polşa, Latviya, Avstriya və İsveçrədən olan təxminən 20 diplomat iştirak edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”