Dünya

Rusiya XİN Azərbaycanın hərbi təlimlərinə münasibət bildirdi

12 Mart, 2021
1198

Sosial Media

Azərbaycan Silahlı Qüvvələrinin martın 15-dən 18-dək keçirəcəyi əməliyyat-taktiki təlimləri plana əsaslanır və bölgədəki sabitlik üçün risk daşımır.

"RİA Novosti"nin martın 12-nə olan məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, belə təlimlər Cənubi Qafqaz ölkələri tərəfindən müntəzəm şəkildə keçirilir və maraqlı tərəflərə bu barədə əvvəlcədən məlumat verilir. 

Rusiyanın XİN rəsmisi açıqlamasında həmçinin bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi altında keçirilən üçtərəfli görüşlərdə rəsmi Bakı və Yerevan konstruktiv yanaşma nümayiş etdirir.

Zaxarova üçtərəfli işçi qrupunun əsas vəzifəsinin regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirməkdən ibarət olduğunu xatırladıb: “Ümidvarıq ki, müsbətə istiqamətlənmiş bu niyyət Azərbaycan və Ermənistanın rəsmi şərhlərində və media sferasında da üstünlük təşkil edəcək”. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo