Sputnik
Gürcüstan paytaxtı Tbilisinin mərkəzində, bir-birindən bir neçə yüz metr aralıda iki aksiya keçirilir.
Radikal qrupların nümayəndələri iyulun 5-dəki iğtişaşlar zamanı zorakılığa məruz qalmış şəxslərlə həmrəylik məqsədilə keçirilən "Azadlıq uğrunda" adlı sükut mitinqinə müdaxilə etməyə çalışırlar.
Gürcüstan Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.
Mitinqin təşəbbüsüylə çıxış etmiş "Gürcüstanın qüruru" təşkilatı aksiyaya LGBT simvolları ilə çıxıb.
LGBT paradının əleyhdarları iyulun 5-də jurnalistlərə, rəngarəng geyimli yeniyetmələrə, "Tbilisi Pride" təşkilatının ofisinə hücum etmiş, nəticədə 53-ü jurnalist olmaqla, 55 nəfər yaralanmışdı.
Hazırda Rustaveli prospektində vəziyyət çox gərgindir.
"Azadlıq uğrunda" mitinqinin iştirakçılarına daş atan radikallarla polis arasında toqquşma baş verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”