Kiyevin mərkəzində Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi qarşısında toqquşma baş verib, nəticədə hüquq-mühafizə orqanlarının 27 əməkdaşı xəsarət alıb.
''Svoboda.org''-un fevralın 24-də verdiyi məlumata görə, toqquşmalar polis və insan oğurluğuna görə həbs edilmiş “Sağ sektor” təşkilatının Odessa bölməsinin keçmiş rəhbəri Sergey Sternenkonun tərəfdarları arasında baş verib.
Bildirilir ki, polis 24 nəfəri saxlayıb, onlar barəsində polisə müqavimət maddəsiylə cinayət işi qaldırılıb.
Fevralın 23-də məhkəmə Sternenkonu insan oğurluğunda təqsirli bilib və əmlakının yarısını müsadirə etməklə yeddi il müddətinə azadlıqdan məhrum edib. Həmin gün axşam minlərlə insan Ukrayna prezidenti Vladimir Zelenskinin of isinin qarşısına gələrək Sternenkonun azadlığa buraxılması tələb ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”