Siyasət

Polad Aslanov aclığı davam etdirir
 

16 Fevral, 2021
1487

Sosial Media

"Xeberman.com" saytının redaktoru Polad Aslanov 17-ci gündür ki, aclığı davam etdirir.

Jurnalistin xanımı fevralın 16-da bildirib ki, dünən və bu gün ondan analiz üçün qan götürüblər.

"Bu gün təzyiqini ölçdülər, amma göstəriciləri söyləmədilər. Polada deyiblər ki, 1-2 gündən sonra onu cəzaçəkmə müəssisəsinə köçürəcəklər.

Uzun müddət aclıq etməsinə baxmayaraq, onu təcrid etməyiblər və o, kamerada digər məhbuslarla birlikdədir ", - Gülmirə Aslanova bildirib.

O qeyd edib ki, fevralın 15-də Bakı Apellyasiya Məhkəməsinə prosesə göndərilməzdən əvvəl Poladın məhkəmədə son sözünün mətnini və ABŞ prezidenti Co Baydenə məktubunu əlindən alıblar.

"O Baydenə məktubunda ABŞ prezidentindən onu və digər 150 siyasi məhbusu müdafiə etməyi xahiş edir", - P.Aslanovun xanımı deyib.

Noyabrın 16-da "xeberman.com" saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə həbs edilməsini istəyib.

P.Aslanov 12 iyun 2019-cu ildə həbs edilib və CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, P.Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

P.Aslanov bütün ittihamları rədd edib, xüsusi xidmət orqanları işçiləri tərəfindən korrupsiya hallarının ifşa olunmasına görə təqib edildiyini bildirib. Beynəlxalq təşkilatlar onun həbsini pisləyib, P.Aslanovu azad etməyə çağırıblar.

Fevralın 1-də P.Aslanovun apellyasiya şikayətinə baxılması başlayıb. İclas zamanı o, prosesin obyektivliyinin təmin olunmasını tələb edərək aclıq elan edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi Polad Aslanovun şikayətini təmin etməyib və hökmü qüvvədə saxlayıb ("Turan").


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo