Sosial Media
"Xeberman.com" saytının təsisçisi və baş redaktoru Polad Aslanov fevralın 1-dən aclıq aksiyasına başlayıb.
Bu barədə Bakı Apelliyasiya Məhkəməsində hakim Həsən Əhmədoun sədrliyi ilə başlayan məhkəmə prosesində Polad Aslanov elan edib.
P.Aslanov apellyasiya şikayətinə baxılmasının uzadılmasına etiraz edib və obyektiv təhqiqat aparılmasını tələb edir. O, həmçinin apellyasiya şikayətinə baxıldığı müddətdə ev dustaqlığına keçirilməsini tələb edir.
Jurnalistin həyat yoldaşı G.Aslanovanın sözlərinə görə, hakim şikayətin yanvarın 18-də daxil olduğunu iddia edib.
“Dünən gecə saat 11-də Polad Aslanov bilib ki, bu gün onun məhkəmə prosesidir. O, heç hazırlıqlı olmayıb. Biz onun aclığına etiraz etsək də, o, bu gündən aclıq aksiyasına başlayır”, deyə G.Aslanova qeyd edib.
Onun sözlərinə görə, P.Aslanov bu gün məhkəmədə həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.
O qeyd edib ki, vəkilə və prokurora da məhkəmə iclası haqqında əvvəlcədən xəbər verilməyib.
Bununla belə, hakim işə mahiyyəti üzrə baxılmasını fevralın 4-nə təyin edib.
Noyabrın 16-da "xeberman.com" saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinib və 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək, İran xüsusi xidmətləri ilə əməkdaşlığa yönləndirib. Aslanov bütün ittihamları təkzib edib, xüsusi xidmət işçilərinin yol verdikləri korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bəyan edib. Beynəlxalq təşkilatlar onun həbsini pisləyiblər və hökuməti onu azad etməyə çağırıblar ("Turan").
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”