Sosial

10 məktəbdə inklüziv siniflər təşkil ediləcək  

28 İyul, 2022
2667

Açıq mənbələrdən götürülüb

Azərbaycanda 10 məktəbdə inklüziv siniflər təşkil ediləcək.

Bununla bağlı təhsil naziri Emin Əmrullayev “İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayıb. 

Əmrə əsasən, 2022-2023-cü tədris ilində Bakı, Sumqayıt, Xırdalan, Xaçmaz, Ağcabədi, Qəbələdə ümumilikdə 10 məktəbdə inklüziv siniflər təşkil ediləcək. 

İnklüziv təhsillə bağlı problemlər 

Təhsil Nazirliyi 2015-ci ildən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirildiyini, qanunvericilik səviyyəsində islahatlar aparıldığını və müəllim hazırlığı üzrə proqramlar yeniləndiyini açıqlayıb. 

https://toplum.tv/sosial/tehsil-naziri-abituriyentlerin-intiharina-munasibet-bildirdi

Amma beynalxalq UNİCEF təşkilatı hesab edir ki, Azərbaycan hökuməti əlilliyi olan uşaqların hüquqlarının inklüziv təhsil vasitəsilə dəstəklənməsi öhdəliyini öz üzərinə götürsə də, bu öhdəliyin yerinə yetirilməsi istiqamətində çətinliklər hələ də qalmaqdadır. 

UNİCEF inklüziv təhsillə bağlı olan problemləri belə təsnif edir: 

  • Əlilliyi olan şagirdlərin təhsil prosesində digər şagirdlərlə bərabər səviyyədə iştirakını təmin edən qanunvericilik bazasının və siyasətlərin mövcud olmaması; 
  • Məktəblərdə əlilliyi olan uşaqlar üçün fiziki şəraitin mövcud olmaması; 
  • Müəllimlərin əlilliyi olan uşaqlarla iş təcrübəsinə, həmçinin sinif otağında köməkçi texnologiyalardan istifadə üçün zəruri biliklərə malik olmaması; 
  • Əlilliyi olan uşaqların təcrid olunmasına səbəb olan yanlış məlumatlardan  qaynaqlanan münasibətlərin və dərin kök salmış sosial normaların mövcudluğu. 

Dövlətin rəsmi hesabatlarında müavinət alan, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı fərqlidir. Belə ki, Dövlət Statistika Komitəsi 2017-ci ilin əvvəlində belə uşaqların sayını 71934, Təhsil Nazirliyi isə 65482 nəfər göstərir. 

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 2018-ci ildə "Azərbaycanda inklüziv təhsilin vəziyyəti haqqında" hesabatında ölkədə inklüziv təhsilin tətbiq olunduğu təhsil müəssisələri uşaqların sayına nisbətdə az olduğunu açıqlayıb: 

“Regionlarda belə uşaqların valideynləri övladlarına təhsil verəcək müəssisə tapmırlar. Odur ki, evdə təhsili seçirlər. Buna isə məsuliyyətsiz yanaşıldığını bildirirlər. Bu uşaqlar üçün xüsusi proqram, dərslik, qiymətləndirmə metodları da yoxdur”. 

https://toplum.tv/sosial/tehsil-naziri-imtahan-suallarinin-satilmasina-munasibet-bildirdi

İnklüziv təhsil, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir. 

İnklüziv təhsil mühitinin məqsədi bütün tələbələrə ədalətli davranılmasını və bərabər imkanların əldə olunmasını təmin etməkdir. Bu zaman dərs prosesi şagirdlərin müxtəlifliyi və unikallığı ayrı-seçkilik olmadan təşkil edilir.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo