Dünya

ABŞ “Taliban”la əməkdaşlıq şərtlərini açıqladı 

31 Avqust, 2021
2590

Entoni Blinken - Açıq mənbələrdən götürülüb

ABŞ “Taliban”la yalnız o halda əməkdaşlıq edəcək ki, təşkilat üzərinə götürdüyü öhdəliklərə əməl etsin.  

​​​​NBC telekanalı xəbər verir ki, dövlət katibi Entoni Blinken keçirdiyi birfinq zamanı bu əməkdaşlığın şərtlərini açıqlayıb. 

Dövlət katibinin sözlərinə görə, taliblərin öhdəlikləri sırasına Əfqanıstan daxilində hərəkət azadlığı, əfqan xalqının hüquqlarının gözlənilməsi, eləcə də inklüziv hökumətin yaradılması daxildir: "“Taliban" beynəlxalq  birlik tərəfindən tanınmağa və dəstək almğa çalışır. Biz buna belə cavab veririk: legitimliyi və dəstəyi haqq etmək lazımdır”. 

Blinken deyib ki, ABŞ-ın Əfqanıstandakı diplomatik missiyası Qətərin paytaxtı Dohaya köçürülür.  

Amerika diplomatları buradan taliblərlə danışıqlar aparacaqlar. Səfirliyin Kabilə nə vaxt qayıdacağı deyilməyib. 

ABŞ Əfqanıstandakı qüvvələrinin təxliyəsini avqustun 30-da başa çatdırıb.  

İyirmi illik hərbi kampaniya zamanı Amerika kontingenti 2461 nəfər hərbçi və mülki şəxs itirib, 20 mindən çox şəxs yaralanıb. 

Taliblərin nümayəndəsi Zəbiulla Mücahid bildirib ki, sonuncu Amerika əsgərinin çıxması ilə Əfqanıstan gerçək müstəqil dövlət olub.  

O, ABŞ-ın məğlub olduğunu, amma taliblərin Vaşinqtonla yaxşı münasibətlər qurmaq istədiklərini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo