Dünya

Çin lideri Baydenə xəbərdarlıq etdi: Odla oynayan özünü yandıracaq

29 İyul, 2022
2299

Açıq mənbələrdən götürülüb

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsinpin Tayvan ətrafında artan gərginlik fonunda ABŞ Prezidenti Co Baydenə xəbərdarlıq edib və "odla oynayanın" özünü yandıracağını deyib. 

Bu barədə Bloomberg məlumat yayıb.

Telefon danışığı zamanı ÇXR lideri qeyd edib ki, Çin Tayvan məsələsində ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaqda qərarlıdır, adanın müstəqilliyini tanımır.

Bayden isə Si Tsinpinə ABŞ-ın “Vahid Çin” siyasətinə sadiq olduğunu bildirib. Bununla belə, "Bloomberg" qeyd edir ki, Pekinin bəyanatında siyasətçilər arasındakı bu söhbət digər söhbətlərdən fərqli olaraq konstruktiv adlandırılmayıb.

ABŞ Prezidenti Co Bayden Çin prezidenti Si Tsinpinə dünən axşam saatlarında zəng edib. İki saatlıq telefon danışığı zamanı liderlər Vaşinqton və Pekin arasında “vahid Çin” konsepsiyası çərçivəsində münasibətləri, həmçinin Ukrayna böhranı və Rusiyanın Ukraynada apardığı müharibəni müzakirə ediblər.

https://toplum.tv/dunya/abs-rusiyani-terroru-sponsorluq-eden-dovlet-kimi-taniya-biler

Həmçinin məlum olub ki, Ağ Ev ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 29 iyul cümə günü başlayacaq Asiya turu çərçivəsində Tayvana səfərini sual altına alıb.

Bu barədə NBC kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Pelosinin Yaponiya, Cənubi Koreya, həmçinin Malayziya və Sinqapura səfərləri təsdiqlənib, Tayvana səfər isə hələ konkretləşməyib. 

Bildirilir ki, Pentaqon Pelosinin Çindən gələn təhdidlərə görə Tayvana səfəri ilə bağlı tədbirlər planı hazırlayır. ABŞ rəsmiləri Çinin Pelosinin təyyarəsinə hücum edə biləcəyinə inanmırlar, lakin nəzarətsizlik və ya anlaşılmazlığın onun təhlükəsizliyinə təhdid yarada biləcəyini düşünürlər. Birləşmiş Ştatlar qeyd edib ki, hərbçilər Hind-Sakit okean regionunda mövcudluğunu artıracaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo