Dünya

Putin söz verdi

22 Mart, 2021
3640

BBC

Vladimir Putin

"Mən özüm də sabah peyvənd vurduracam" - Rusiya prezidenti Vladimir Putin martın 23-də vaksinasiya məsələsinin müzakirə olunduğu toplantıda belə deyib (“currenttime.tv"). 

O, peyvəndlənmənin hər kəsin könüllü qərarı olduğunu qeyd edib; bildirib ki, Rusiyada 6.3 milyon nəfər vaksinin birinci, 4.3 milyon nəfərsə hər iki komponentini qəbul edib.  
Putin deyib ki, Rusiya istehsalı olan peyvəndlər "etibarlı və təhlükəsizdir".

Prezidentin mətbuat katibi Dmitri Peskov "İnterfaks"ın Putinə hansı peyvəndin vurulması haqda sualına belə cavab verib: "Üç yerli vaksindən biri. Bu peyvəndlərin hamısı yaxşıdır."

Rusiya Federasiyasında peyvəndlənmə prosesi yanvarın 18-də başlayıb, ölkə əhalisinə əsasən "Sputnik V" peyvəndi  vurulur.

“Levada” Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkə vətəndaşlarının  yarısından çoxu (58%) bu peyvəndlə vaksinasiya olunmağa tərəddüd edir. Rəyi soruşulanların yalnız 38%-i buna hazırdır.  Mərkəzin direktor müavini Denis Volkov rusiyalıların yerli peyvəndlərə qarşı "yüksək səviyyədə inamsız" yanaşdıqlarına diqqət çəkib.

17 dekabr 2020-ci il tarixli mətbuat konfransında Putin demişdi ki, aid olduğu yaş qrupunun peyvəndlənməsi məsləhət deyil. 

Bugünkü açıqlamasından sonra isə D.Peskov Rusiya peyvəndinin Putinin sağlamlığına  "heç bir şəkildə" təsir etməyəcəyini deyib. 
Son rəsmi məlumatlara görə, Rusiyada adambaşına düşən peyvəndlənmə sayı əksər AB ölkələrindən aşağıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo