Açıq mənbələrdən götürülüb
İstanbulun İstiqlal küçəsində terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Reuters"-in xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Nazirin sözlərinə görə, ilkin məlumatlar hücumun arxasında Ankaranın terrorçu hesab etdiyi, Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) dayandığını göstərir. O əlavə edib ki, bomba yerləşdirən qadın Suriyanın Afrin şəhərindən gəlib.
https://toplum.tv/dunya/istanbulun-merkezinde-terror-akti-olenler-ve-yaralananlar-var
Partlayış noyabrın 13-də baş verib. Ən azı altı nəfər həlak olub. 81 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Polis bombanı yerləşdirən qadın da daxil olmaqla ümumilikdə 22 şübhəlini saxlayıb.
Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Sonuncu dəfə 2015-2016-cı illərdə Türkiyənin ən böyük şəhərində İŞİD terror qruplaşması tərəfindən bir neçə partlayış törədilmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”